Məhkumluğu olanlar orduda vəzifə daşıya bilər?

HƏRBİ
20:00 / 30.05.2024
464

Hit.az redaksiyasına müraciət daxil olub.

Həsənov Samir Bəşir oğlu soruşur ki, hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün kimə müraciət etmək olar?

Samir bildirib ki, avtoqza törətdiyinə görə həbsdə olub. 
Bu halda onu xidmətə qəbul edərlərmi?

Bu suala cavab verən hərbi ekspert Elçin Axundzadə bildirib ki, həbsdə olmuş, qanunsuz əməllərinə görə xidmətdən qovulmuş, xidmət vaxtı hərbiçi şərəfini ləkələmiş və dəfələrlə nalayiq hərəkətlərə görə töhmət almış şəxslər gizir və müddətdən artıq xidmət göstərmək üçün ordu sıralarına qəbul olunmurlar. Qalan hallarda xidmət göstərmək istəyən şəxs yaş həddi nəzərə alınmaqla hərbi hissə komandirinə müraciət etməlidir.

Murad

0