Arıqlamaq üçün nə qədər su içməliyik?

SAĞLAMLIQ
20:58 / 30.05.2024
298

Tez-tez hər insan günə 2-3 litr su içməlidir, sözünü eşidirik.

Bəs bu nə dərəcədə doğrudur? Axı hər orqanizm eyni deyil.

Dietoloq Aytən Musayeva Hit.az-a bildirib ki, bu ölçünü hamıya şamil eləmək olmaz:

"Bir çox insanlarda xroniki xəstəliklər var. Artıq su artıq ödem , böyrək yüklənməsi deməkdir. Üstəlik sularımızın tərkibi də qane edici deyil. Mən 90 kiloya qədər çəkiyə malik insanlara günə 5-8 stəkan  su içməyi tövsiyə edirəm. İdman edib , tərləyənlərdə miqdar bir az arta bilər"- deyə o bildirib.

Murad

0