İsgəndərov Müzahim Mehvalı oğlu Qərbi Azərbaycanın Göyçə mahalının Toxluca kəndində anadan olub. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər üzvüdür. “Bu obanın sahibləri hardadı”,” Qcaq dağı”, ”Atam mənə deyərdi”, “Məni çağır”,” İtirmə məni” şerlər kitabının müəllifidir.
ŞUŞAM
Qəlbimin sevinci, gözümün nuru,
Qartaltək zirvəyə qonanım-Şuşam.
Sənin görüşünə doğmalar gəlir,
Mənim ümidgahım,gümanım Şuşam.
Göydə qoşalaşıb ulduzun-ayın,
Bizə ilham verib bu sevinc payın.
Gözəllikdə sənin olmayıb tayın,
Elimin sərvəti, ümmanım Şuşam.
Üzeyir,Natavan xoş soraq olub,
Bülbülün nəğməsi min budaq olub.
Cıdır düzün necə çil-çıraq olub,
Hüsnünə yarasıq tar-kaman Şuşam.
İgid oğulların qoparmış tufan,
Yağı düşmənlərə verməmiş aman.
Əbədi yurdudu türkün bu məkan,
Unutmarıq səni heç zaman Şuşam.
Sənin şad gününə sevinir Vaqif,
Nə qədər sirrini gör bilir Vaqif.
Gözünün yaşını da silir Vaqif,
Mənim ümid yerim, amanım Şuşam.
Müzahim Mehvalıoğlu