Dövlət qulluğuna qəbulda səriştə əsaslı qiymətləndirmə modelinə keçid nə effekt verəcək?

İQTİSADİYYAT
22:12 / 31.05.2024
523

"İmtahan sistemində beynəlxalq təcrübədən istifadə olunmalıdır. Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu ilə yaxın gələcəkdə tətbiq edəcəyi yeni model məhz bununla bağlıdır". 

Bu sözləri Hit.az-a təhsil eksperti İlqar Orucov deyib. 

O bildirib ki, səriştə əsaslı qiymətləndirmə modelinin tətbiq olunması çox vacibdir:

“Məlumdur ki, əmək bazarında biliklə yanaşı, səriştəyə ehtiyac duyulur. Insan yüksək biliyə malik ola bilər, ancaq qarşıladığı hansısa vəziyyətlə bağlı onun təcrübəsi, bacarığı olmadıqda çətinlik yaracanaq. Buna görə  səriştə əsaslı qiymətləndirmə modelinin tətbiq olunması əhəmiyyətlidir”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Təlim VI inkişaf sistemində müasir çağırışlar" mövzusunda keçirilən forumda çıxışı zamanı bildirib ki, bir il ərzində dövlət qulluğuna qəbul zamanı biliyə əsaslanan qiymətləndirmə formasından səriştə əsaslı qiymətləndirmə modelinə keçid edəcəyik.

Sevinc

0