NATO Kiyevə hər il 40 milyard dollar ayırmağa başlaya bilər

DÜNYA
17:10 / 31.05.2024
268

NATO ölkələri Ukraynaya illik 40 milyard dollar yardım ayrılması barədə razılığa gələ bilər. 

HİT.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski Şimali Atlantika Alyansı ölkələrinin xarici işlər nazirlərinin Praqada keçirilən qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Görüşün nəticəsində biz Ukraynaya illik 40 milyard dollar həcmində hərbi yardımın ayrılması mexanizmini yaratmağa daha yaxınıq", deyə o vurğulayıb.

Bundan əvvəl Sikorski Polşanın Ukraynaya 45-ci hərbi yardım paketini hazırladığını açıqlamışdı. 

Mayın 31-də NATO-ya üzv ölkələrin xarici işlər nazirləri Şimali Atlantika Alyansının iyul sammitindən əvvəl Kiyevə verilə biləcək Ukrayna Silahlı Qüvvələrinə yeni hərbi yardım paketini müzakirə etmək üçün Praqada bir araya gəliblər.

Samir

0