ABŞ dövlət başçısı Co Baydenin Ukraynanın Rusiyaya Amerika silahları ilə zərbələr endirməsinə razılıq verməsi qərarı ilə ölkə nüvə münaqişəsinə doğru gedir.
Hit.az xəbər verir ki, bunu ABŞ Senatının Ohayo ştatından üzvü Ceyms Devid Vens bildirib. Senator bu barədə X sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb.
Vansın fikrincə, nüvə müharibəsi riski onun yaddaşında hər zaman olduğundan daha çoxdur.
Senator vurğulayıb ki, Bayden öz hərəkətləri ilə bəşəriyyəti düşünmədən III Dünya müharibəsinə aparır.
Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirmişdi ki, hazırkı dövlət başçısı Co Baydenin hesab etdiyi kimi, bəşəriyyət üçün əsas təhlükə iqlim dəyişikliyi deyil, nüvə silahlarıdır. Tramp, Baydenin ən böyük ekzistensial təhlükə adlandırdığı qlobal istiləşmənin belə olmadığını, ancaq nüvə silahından istifadənin miqyasının müzakirəyə belə ehtiyacı olmayan ziyana səbəb olacağını vurğulayıb.
İyunun 2-də Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Bayden Ukrayna Silahlı Qüvvələrinə Amerika silahları ilə Rusiya ərazisinə zərbə endirməsinə icazə vermək qərarının tam nəticələrini anlayır.
Samir