Rusiya və Qərb Ermənistanı bölüşmək istəmir

22:30 / 03.06.2024
345

"2 gün öncə Nikol Paşinyan ad gününü qeyd edib.Maraqlıdır ki, ona ilk təbriklər KTMT ölkələri və Rusiya rəhbərliyindən gəlib. O ölkələr ki, Ermənistan onlardan üz çevirib , Qərbə inteqrasiya eləmək istəyir. Qərb Ermənistanı şirnikləndirmək üçün NATO-ya üzvlük və sürətli silahlanma gəd edib. Görünən odur ki,vədinə əməl edir".

Bu fikirləri Hit.az-a siyasi şərhçi Mübariz Göyüşlü səsləndirib.

Onun fikrincə Rusiya Ermənistanı itirməmək üçün hələlik yumşaq addımlar atır, lakin Ermənistan Rusiyanın başının Ukraynada qarşıq olduğu bir dövrdə öz problemlərini həll etməyə çalışır.

"Ermənistan ordusunun Nato standartlarına cavab verməsi üçün artıq ilk addımlar atılıb. İllərlə silahlanma ilə bağlı müraciət edən ölkələri gözlədən Qərb Ermənistana təcili silah tədarük etməyə qərar verib. Bu məsələdə Fransa və ABŞ xüsusi maraqlıdır. Gələcəkdə Rus qoşunlarının Ermənistan ərazisindən tamamilə çıxarılması məsələsi də gündəmə gələ bilər. Hələlik tərəflər Ermənistanı itirməmək üçün sürətli və çevik addımlar atırlar", deyə o bildirib.

Murad

0