"Bir çox həkimlər sağlam olmaq üçün axşam 6 -dan sonra qidalanmamağı tövsiyə edirlər. İllərdir, çəki atmaq istəyən çox insanlar da bu qaydalara əməl etməyə çalışır . Lakin çətin olduğu üçün iradələri qırılır , pəhrizi pozurlar. Əslində orqanizm ona nə lazım olduğunu gözəl bilir. Yayda saat altı demək olar ki, günün yarısı hesab edilir. Gecə yemək yeməmək tez qocalmaya səbəb olur".
Bu fikirləri Hit.az -a terapevt Sevinc Qurbanova söyləyib.
"Gecələr , insan yuxuda ikən orqanizm hüceyrə səviyyəsində bərpa prosesi yaşayır. Əgər acsınızsa, orqanizm köhnə hüceyrələrlə özünü bərpa etməli olur. Bu yaxınlarda britaniyalı alimlərin araşdırması belə nəticə verib. Axşamlar ac yatan insanların orqanizmi daha tez qocalır"-deyə həkim bildirib.
Həkim axşam yeməyinə yüngül qidalar, meyvə-tərəvəz, süd məhsulları daxil etməyi tövsiyə edib.
Murad