Müharibə veteranı vəsiqəsini necə almaq olar?

SOSİAL
21:03 / 03.06.2024
1014

Hit.az redaksiyasına daha bir oxucu müraciəti daxil olub.

İzləyicimiz Teymur Teymurov soruşur ki, I Qarabağ müharibəsində iştirak etsə də, veteran statusu almayıb.

Bu statusu almaq üçün nə etmək olar?

Hit.az-ın sorğusuna cavab olaraq hərbi ekspert Tərlan Eyvazov bildirib ki, hərbi bilet və hərbi xidmətə dair sənədlər Müdafiə Nazirliyinin Aparatına "Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyasına" göndərilməlidir. Əgər bu statusu almış şəxsin sənədləri yoxdursa , nazirlik özü müvafiq sorğular göndərərək, vətəndaşln hərbi xidmətinə dair məlumatları əldə edir. Əgər həmin şəxs müharibə müddətində yaralanmış və ya xəsarət almışsa , haqqında məhkəmə qərarları varsa , buna dair sənədlər komissiyaya göndərilməlidir".

Murad

0