Kreditlə bağlı yeni qərar vətəndaşlara necə təsir edəcək?

İQTİSADİYYAT
19:27 / 03.06.2024
465

“Yeni qərar vətəndaşlara, bank və sığorta sisteminə müsbət təsir edəcək. Banklar üçün kredit riski azalacaq”. 

Bu sözləri Hit.az-a bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib. 

O bildirib ki, vətəndaş kredit ödənişini etməsə sığorta təşkilatı həmin krediti geri qaytacaq:

 “Təbii ki, sığortaya görə vətəndaş əlavə vəsait sərf edəcək. Ancaq nəzərə almaq lazımdır ki, bu sığorta sahəsində insanlar risklərdən sığortalanmış olur. Danılmaz faktdır ki, elə insanlar var ki, kredit götürəndən sonra ya işləmək qabiliyyətini itirir, əlil olur, xəstələnir və ya vəfat edir. Bu hər kəsin başına gələ bilən bir hadisədir. Belə olan halda sığorta həmin ödənişi geri qaytaracaq”.

Qeyd edək ki, fiziki şəxslərə kredit verilməsi ilə bağlı yeni qərar verilib. 

Mərkəzi Bank "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"nda dəyişiklik edib. 

Yeni qərara əsasən fiziki şəxslə kredit, o cümlədən məsafədən kredit müqaviləsi bağlanmazdan əvvəl bank müştəriyə həmin kredit üzrə onunla bağlı risklərə təminat verilməsini nəzərdə tutan sığorta müqaviləsinin də bağlanmasını təklif edəcək. 

Sevinc

0