Metroda təhlükəsizlik qaydaları ilə bağlı hansı addımlar atılmalıdır? - Ekspert danışdı

HADİSƏ
13:16 / 04.06.2024
726

"Hər il dünya üzrə təxminən 5-6 min insan metronun və digər nəqliyyat vasitələrinin qurbanı olur".

Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bunun da əsas səbəbi insanların texniki təhlükəsizliyə riayət etməməsidir:

"Yəni insanların əksəriyyəti texniki təhlükəsizliyə biganə baxırlar. Həmçinin, qaydalara və şərtlərə də əməl etməkdə maraqlı olmurlar. Təbii ki, heç kim belə qəzalardan sığortalanmayıb. Amma diqqətli olmaqla bundan müəyyən qədər yayınmaq olar".

Ekspert qeyd edib ki, sərnişinlər ictimai nəqliyyatda da diqqətli olmalıdırlar:

"Təhlükəsizlik qaydalarına riayət etmək mütləqdir. Bunu kimi çağırışlara əməl olunmalıdır. Bunun üçün daha çox maarifləndirmə və təbliğat-təşviqat işləri aparılmalıdır. 

Həmçinin, vətəndaşlar özlərini narahat hiss etdikdə dərhal metropoliten əməkdaşlarına məlumat verməlidirlər. Sərnişinlər məsuliyyətli davranmalı və həyatlarını təhlükəyə atacaq hərəkətlərdən çəkinməlidirlər".

Pərviz

0