Trampın 37 ölkəyə girişi qadağan edilə bilər - Kriminal keçmişinə görə...

DÜNYA
15:46 / 04.06.2024
270

ABŞ-ın keçmiş prezidenti Donald Trampın kriminal keçmişinə görə 37 ölkəyə girişi qadağan edilə bilər. 

Hit.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Siyasətçi İran, Kanada, Çin, Böyük Britaniya və məhkum edilmişlərin girişinin qadağan olunduğu onlarla başqa ölkələrə sərbəst gedə bilməyəcək.

Tramp prezident seçiləcəyi təqdirdə bu ölkələrə daxil olmaq üçün xüsusi icazə almalı olacaq.

2000-ci illərdə oxşar presedent artıq var idi, çünki prezident Corc Buş sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə 30 il məhkum edilmişdi.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden Trampı azadlığını itirməkdən qorxan məhkum edilmiş cinayətkar adlandırmışdı. 

Mayın 31-də Nyu-Yorkda münsiflər heyəti Donald Trampı porno ulduz Stormi Danielsə səssiz pul ödəmələrini gizlətmək üçün sənədləri saxtalaşdırmaqda təqsirli bilib. Hakim yekun hökmü iyulun 11-də verəcək. Bir siyasətçi üçün maksimum cəza 130 ildən çox həbsdir.

Samir

0