“Camaat elə bilir kef edirik”- Afət Fərmanqızı

MAQAZİN
16:49 / 05.06.2024
586

“Hazırda Sankt Peterburqdayam, təyyarədən indi düşdük, Əli Pormehlə toya gəlmişik. Oxuyub yenidən minəcəyik təyyarəyə, yenidən yollara. Sonra da camaat elə bilir kef edirik. Vallah qazanırıqsa da halal zəhmətimizlə, alın tərimizlə qazanırıq”.

Bu fikirləri Hit.az-a müğənni Afət Fərmanqızı səsləndirib.

O deyib ki, Azərbaycana toylara gəlir, lakin bunun üçün yüksək qonorar da tələb edir:

“Beş min dollar versələr gələrəm. Tək özümə ansamblsız. Biletimi də aaram. Rusiyada toya dəvət edəndə biletlərimi də, qalacağım yeri də toy sahibi təşkil edir. Azərbaycana toya gələndə iki gün yollarda qalıram, Rusiyada evimin içi sayılır, daha asandır. Həm Rusiya toylarında şabaş da çox olur, bu biz müğənnilərin çox xoşuna gəlir” deyə o bildirib.

Murad

0