Uşaqlarda boy artımına mane olan səbəb?

SAĞLAMLIQ
17:30 / 05.06.2024
341

Bu gün uşaqlar arasında boy problem yaşanır. 

Valideynlər əsasən övladının boyunun qısa olmasından giley edir.

Maraqlıdır, uşaqlarda boy artımına mane olan səbəb nədir?

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, uşaqların qidalanmanın düzgün təşkil olunmaması ilə bağlıdır: 

“Ailədə uşaqlara qayğı, onların qidalanması düzgün təşkil olunmadıqda böyümə və inkişafın pozğunluqları baş verir. Uşağın yaşı artsa da, boyu balaca qalır, bədən kütləsi normadan az olur. Bu problemdən əsas çıxış yolu uşaqlara daha çox diqqət göstərilməsi, onların sağlamlığının qorunmasıdır. Uşaqlara bu diqqət sözdə deyil, əməldə göstərməlidir”.

Həkim onu da bildirib ki, boy artımında və inkişafda ana südünün böyük əhəmiyəti var. Ana südü körpələr üçün ən təmiz, sağlam qidadır:

 “Hazırda körpələrin 2 yaşa qədər ana südü ilə qidalanması məsləhət görülür. Bundan başqa uşaqların idmanla məşğul olması , daima fiziki hərəkətlər etməsi də onların boy artımına müsbət təsir göstərir. Hamiləlik zamanı ananın vitaminli qidalarla qidalanması da körpələrin inkişafına müsbət təsir göstərir. Uşaqlarda boyun inkişafdan qalmasına beyin travmaları, şişləri, bəzi genetik xəstəliklər səbəb ola bilər”.

Sevinc

0