Qadınlar niyə yaşını gizlədir?

MARAQLI
23:37 / 05.06.2024
1177

Bəzi qadınlar, xüsusilə də 30-dan çox yaşı olan xanımlar bunu özlərinə kompleks edərək , yaşlarını gizlədirlər.

Ümumiyyətlə belə bir deyim var ki, “qadından yaşını soruşmazlar”. 

Yəni, həqiqətən qadından yaşını soruşmaq etik deyil? Buna səbəb nədir? 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, özgüvəni yerində olan xanımlar məncə heç vaxt yaşını gizlətməz: 

“Ancaq unutmaq lazım deyil ki, qadınlar həmişə eyni yaşda, yəni cavan qalmaq istəyir. Onlar düşünür ki, zaman keçdikcə qocalıb , təravətini itirəcəklər. Ümumiyyətlə qadınlar yaş, çəki, xarici görünüş kimi mövzularda həssasdırlar və asan qırıla, küsə bilərlər. qadınlara bu sualı bəy verərsə , xanım öz yaşını olduğu kimi deyəcək. Adətən qadınlar özhəmcinslərinə bu yalanı deyir. Qarşısındakı xanım baxımlı və gözəldirsə, o öz yaşını gizlədərək, ondan cavan olması ilə özünü ruhlandırır. Qadınlar kişiyə görə deyil, özhəmcinslərindən daha yaxşı görünmək istəyir. Bunu etiraf etmək lazımdır”.

Sevinc

0