Bankomat kartınızı qaytarmırsa, belə edin

İQTİSADİYYAT
23:00 / 05.06.2024
517

Kartının bankomatda ilişib qalması halları ilə çox insan qarşılaşıb.

Qarşılaşıb və həyəcan keçirib. Bəs belə olan halda necə hərəkət etmək lazımdır?

Hit.az-ın bu sualına cavab verən bank mütəxəssisi Həmzə Həmzəyev bildirib ki, əgər yaxınlıqda həmin bankomatın məxsus olduğu bankın filialı varsa , ora müraciət edilməlidir:

“Əgər vətəndaş filialdan uzaq bir məkandadırsa, bu barədə telefonla məlumat ötürməlidir, inkosassiya xidməti keçirilən zaman kart banka çatdırılır və vətəndaşa qaytarılır. Əgər vətəndaş kartını daha tez əldə etmək istəyirsə, öz bankına zəng vurub, tez gətirilməsini tələb edə bilər. Əgər bankomat hansısa marketin daxilindədirsə, bu barədə marketin mühafizəçilərinə də məlumat verilməlidir. Belə hal baş verərsə, narahatçılığa səbəb olmasa da təhlükəsizliyi nəzərə alaraq , hesabı bloklamaq məsləhətdir. Bank kartı çıxartdıqdan sonra bu barədə müştəriyə məlumat verir”- deyə o bildirib.

Murad

0