Almaniyada gənclərin günəş qorxusuna görə nudizmin artıq dəbdə olmadığını bildiriblər.
Hit.az xəbər verir ki, bu barədə "Bild" yazıb.
Bu il Alman Nudizm Assosiasiyası (DFK) 75 illik yubileyini qeyd edib. Lakin tədbirə maraq çox az olduğu üçün planlaşdırılan yubiley ləğv edilməli olub.
25 il əvvəl 65 minə yaxın insan birliyə üzv idisə, indi cəmi 34 min nəfər qeydiyyatdan keçib. Üstəlik, iştirakçıların orta yaşı artıq 60-ı keçib.
DFK rəhbəri 67 yaşlı Alfred Siqlox deyir ki, nudizm rəqəmsallaşmaya görə pərəstişkarlarını itirir. Nudist çimərliklərdə dincəlməyə üstünlük verən 63 yaşlı Renee Hartviq onunla razılaşır.
“Çılpaqlıq artıq dəbdə deyil. Günəş qorxusu, dronlar, mobil telefonlar. Bu, klublara çox pis təsir edir. Onlar katolik kilsəsindən daha çox üzv itirirlər”, deyə o bildirib.
Gənclərin artıq ictimai yerlərdə çılpaq olmaq istəməməsinə baxmayaraq, Siqlox nudizmin “yox olmayacaq qədim mədəniyyət” olduğuna əmindir. O, fürsətdən istifadə edərək hamını hər il keçirilən nudist yarışına və “çılpaq” üzgüçülük çempionatına dəvət edib.
Samir