Cəlilabadda iki nəfərin ölümü ilə nəticələnən yol qəzasında yaralananların durumu açıqlandı - YENİLƏNİB/SİYAHI

ÖLKƏ
13:19 / 06.06.2024
210

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un Muğan bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, bu gün saat 09:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan doqquz nəfər (səkkiiz qadın, bir kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara müxtəlif bədən nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Hazırda xəsarət alanlardan üç nəfərin vəziyyəti orta ağır, altı nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Hadisə nəticəsində iki nəfərin həkiməqədər ölüm halı qeydə alınıb.

12:00

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

HİT.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, iyunun 6-da saat 10 radələrində Y.Bağırov idarə etdiyi "Mercedes" markalı mikroavtobusla Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

Araşdırma davam etdirilir.

0