Su elektrik stansiyalarının sayı artmalıdır?

İQTİSADİYYAT
18:45 / 06.06.2024
472

“Elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payını artırmaq üçün kiçik çayların üzərində su elektrik stansiyaların tikilməsi vacibdir”. 

Bu sözləri Hit.az-a Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı deyib. 

O bildirib ki, strateji rezervlərin bir hissəsi ölkə iqtisadiyyatına yatırılsa gəlir daha yüksək olar: 

"Bundan əlavə ölkə iqtisadiyyatının energetikasına və inkişafına səbəb olar. Bu səbəbdən də hesab edirəm ki, su elektrik stansiyalarının sayı artırılmalıdır” .

Qeyd edək ki, slovakiyalı ekspert Cozef Hrabina deyib ki, hidroenergetika layihələrinin həyata keçirilməsində təcrübəsi olan Slovakiya şirkətləri Azərbaycanda kiçik su elektrik stansiyalarına sərmayə qoya və inkişaf etdirə bilərlər.

Sevinc

0