"İsrailin baş naziri Benyamin Netanyahunun israillilərin təhlükəsizliyini təmin edə bilməməsi ölkə üçün fəlakət oldu".
Hit.az xəbər verir ki, bu fikri amerikalı iş adamı, Endeavour Group holdinqinin rəhbəri Ariel Emanuel Britaniyanın “Financial Times” qəzetinə yazdığı məqalədə bildirib.
İş adamı hesab edir ki, Fələstinin HƏMAS qruplaşmasının Qəzza zolağında İsrailin “artıq təmizlədiyi” mövqelərdə yenidən peyda olması təəccüblü deyil.
Onun fikrincə, Netanyahunun HƏMAS ilə münaqişə ilə bağlı planı yoxdur.
Emanuel əmindir ki, onun alnız bir planı var - vəzifədə qala bilməsi üçün sonsuz müharibə. O, məqaləsində onu da yazır ki, Netanyahunun siyasəti bütün dünyada İsrailə və yəhudilərə zərər verir.
Onun sözlərinə görə, “sükanı uğursuz, səriştəsiz və eqoist bir lider olarsa” İsrail girovları azad edə və Qəzza zolağında döyüşlərin nəticələrini minimuma endirə bilməyəcək.
Samir