Kombayn sürücüsü faciəvi şəkildə öldü

15:34 / 07.06.2024
528

Bu gün Şəki rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Sarıca kəndində 1963-cü il təvəllüdlü Qiyas Məmmədbağır oğlu Mehdiyev kombaynın ön hissəsini düzəldərkən texnika hərəkət etməyə başlayıb.

Nəticədə Qayabaşı kənd sakini olan 61 yaşlı kişi kombaynın altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

0