Nevroloji xəstəliklərdən əziyyət çəkənlər artır

SAĞLAMLIQ
18:27 / 07.06.2024
316

İnsanlardan nevroloji problemlər son zamanlar artıb.

Gündəlik stress, qayğılar, nəqliyyatın sıxlığı, uzun uzadı tıxaclar insan 

sağlamlığında fiziki qüsura səbəb olur. 

Nevropotoloq Şahin Ələkbərov Hit.az-a deyib ki, insan yaşlandıqca onun nevroloji xəstəliklərə tutulma ehtimalı artır. Lakin müasir gənclər də sinir sistemi xəstəliklərinə kifayət qədər tez-tez məruz qalırlar: 

"Xüsusilə yol-nəqliyyat qəzaları hesabına artan travmaları qeyd etmək olar. Nevroloji xəstəliklərə nevritlər, polimiozitlər, işemik və hemorragik sultlar və insult nəticəsində baş verən ifliclər, miqren, osteoxondrozlar, epilepsiya, Alsheymer xəstəliyi, qocalıq ağılzəifliyi, posttravmatik hallar radikulitlər kimi çox yayılmış xəstəliklər aiddir ki, demək olar ki, hər bir insan bunlardan hansısa birindən əziyyət çəkir. Vaxtinda aparilmış profilaktik müayinə, müalicə, lazım olarsa həyat tərzinin dəyişməsi, zərərli adətlərdən imtina kimi tədbirlərlə ölüm və əlilliklə nəticələnən işemik insultun qarşısını almaq mümkündür".

Sevinc

0