Merkel Rusiyanın şantajı gizlədib - KİV

DÜNYA
20:20 / 07.06.2024
259

Keçmiş Almaniya kansleri Angela Merkel 2021-ci ilin sonunda istefa verməzdən əvvəl Rusiya hakimiyyətinin Avropaya qaz tədarükünü məhdudlaşdırmaq niyyətində olduğuna dair məlumatı var idi, lakin bunu gizlədib. 

Hit.az xəbər verir ki, bu barədə “Şimal axını 2” qaz kəməri ilə bağlı məxfi sənədlərə çıxış əldə etmiş “Handelsblatt” qəzetinin materialında deyilir.

"Handelsblatt" Almaniya İqtisadi İşlər Nazirliyinin 2021-ci il avqust tarixli notasına istinad edir. Bildirilib ki, Almaniya hökumətinin fikrincə, “Şimal axını 2”nin tikintisini başa çatdıran Rusiya tərəfi Şimal-Qərbi Avropaya yanacaq “ixrac etmək istəmir” və bununla da qaz qıtlığı yaratmaq niyyətindədir.

Notada qeyd olunub ki, Rusiya hakimiyyəti qaz qıtlığı yaratmaqla “qaz kəmərini mümkün qədər tez istifadəyə vermək üçün” – “Şimal axını 2”nin sertifikatlaşdırılması başa çatana qədər Almaniya hökumətinə təzyiqi artırmaq istəyir. Qeyd edilir ki, “Qazprom”un Almaniyadakı anbarları “əvvəlki illərin təcrübəsindən fərqli olaraq, kifayət qədər doldurulmur” və onlara nasos “çox ləng” gedir.

"Handelsblatt"ın məlumatına görə, bu notanı Almaniya hökumətinə Angela Merkelin yaxın müttəfiqi və ölkənin iqtisadiyyat naziri Peter Altmayer təqdim edib. Bu baxımdan "Handelsblatt" hesab edir ki, xanım Merkel bu məlumatdan xəbərsiz ola bilməzdi. Eyni zamanda, nəşr qeyd edir ki, 2021-ci ilin oktyabrında qəzet jurnalistinin suallarını cavablandırarkən o, Rusiya Federasiyasının Aİ-yə qaz tədarükünü azaltdığına dair heç bir əlamət görmədiyini söylədi.

“Şimal axını 2” qaz kəmərinin tikintisinə 2018-ci ildə başlanılıb. O, ümumi tutumu ildə 55 milyard kubmetr olan iki qaz kəmərini nəzərdə tuturdu. Baltik dənizinin dibi boyunca Leninqrad vilayətinin Ust-Luqa kəndindən Almaniyaya qazın göndərilməsi planlaşdırılırdı. Layihənin operatoru “Nord Stream 2 AG” şirkəti olub.

2021-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin “Qazprom”a Avropa anbarlarına yanacaq tədarükü həcmini artırmağı planlaşdırmağı tapşırmışdı. 2022-ci ilin fevralında Rusiya hakimiyyəti DPR və LPR-ni tanıdıqdan sonra Almaniya hökuməti “Şimal axını 2”nin istismara verilməsini dondurdu. 2022-ci ilin sentyabrında “Şimal axını 1” və “Şimal axını 2”də silsilə partlayışlar baş verdi və nəticədə dörd qaz kəmərindən üçü zədələnsi.

Samir

0