Azərbaycanın ən yaraşıqlı kişisi: “Toy etmək üçün büdcəmə uyğun restoran tapa bilmirəm”

MAQAZİN
18:00 / 28.05.2020
2546

“Toyum apreldə olacaqdı, ölkədə karantin rejimi tədbiq edildiyindən xeyir işim baş tutmadı”.

Hit.Az xəbər verir ki, bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində 2006-ci ildə “Best model of Azerbaijan” və 2007-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən “Best model of the World” gözəllik və model müsabiqələrinin qalibi Rüstəm Cəbrayılov deyib.

33 yaşlı Azərbaycanın ən yaraşıqlı kişisi karantindən sonra toy edəcəyini bildirib:

“Karantindən sonra ən birinci işim evlənmək olacaq. Restoranların qiymətləri isə “dəvənin belində”.

Büdcəmə uyğun restoran tapmamışam, hələ də axtarıram. Tapan kimi hamınızı toyuma dəvət edəcəyəm. İşlərimin bu ərəfədə az olması, karantinin tətbiqi ziyanıma işlədi. Bu hadisələrə görə kefim heç yoxdur. İşlərim yolunda getmədi”.

Yaraşığı və xarizması ilə əks cinsin nümayəndələrinin ağlını başından alan R.Cəbrayılov ailə həyatı qurandan sonra bir müddət Hövsanda ata evində yaşayacağını dilə gətirib:

“Hövsan qəsəbəsində atamın evim var. Gələcəkdə şəhərdə ipoteka ilə ev almaq istəyirəm. Lakin indi büdcəm buna imkan vermir”.

Qeyd edək ki, R.Cəbrayılov ötən ilin dekabr ayında nişanlandığını bildirərək, sevib-seçdiyi yarı ilə birgə çəkilmiş “love story” fotosessiyasını sosial media hesabında paylaşmışdı.

 

0
Oxu.az