Rövşən Əsgərova cinayət işi açıla bilər

ÖLKƏ
11:31 / 09.06.2024
237

“Nə? Harada? Nə vaxt?" intellektual yarışmasının azərbaycanlı oyunçusu Rövşən Əsgərova Rusiyada cinayət işi açıla bilər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

Bildirilib ki, Rusiya Federasiyasında xarici agent kimi tanınan Rövşən Əsgərov xarici agentin fəaliyyət qaydalarını pozduğuna görə onun barəsində cinayət işi açıla bilər.

“Əsgərov Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş öhdəliklərdən yayındığına görə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi) cinayət işi ilə üzləşib. Bunun üçün əsaslar var. Əgər iş başlansa, Əsgərovu iki ilə qədər həbs gözləyir”, - deyə agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, R. Əsgərov 2022-ci ilin dekabrında Rusiyada xarici agent kimi tanınıb. O, artıq üç dəfə xarici agentlərlə bağlı qaydaları pozduğuna görə cərimələnib. Ona qarşı nasizmin reabilitasiyası ilə bağlı cinayət işi də istintaq olunur.

İstintaq müəyyən edib ki, o, öz “Facebook” səhifəsində marşal Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan qəsdən yalan məlumatlar dərc edib.

Rusiya tərəfi Rövşən Əsgərovu federal axtarışa da verib.

0