Ölən yazıçılara hörmət, sağ olanlara hücum edirlər - Yazıçı

ÖLKƏ
13:30 / 10.06.2024
232

“Azərbaycanlı yazıçılar sağ qalan həmkarlarının kitabını qəribə bir hava ilə, nəsə səhv axtarmaq üçün oxuyurlar.

Onlar haradasa anlaşılmaz cümlə görəndə tez onun ucundan tutub, tənqid edirlər. Bir-birini gözdən salmaq üçün deyirlər ki, filankəsin üslubunda yazıb, dili zəifdir. Bizim nasirlər yalnız dünyasını dəyişmiş nasirlərin əsərlərini obyektivliklə oxuyurlar”. 

Bu fikirləri Hit.az-a yazıçı Azər Qismət səsləndirib.

“Görünür mərhumlarla rəqabətdən qorxmurlar. Tez-tez Markesdən, Ceyms Coysdan,

Saramaqondan sitatlar gətirib, özlərini sosial şəbəkədə çox oxuyan, çox ağıllı kimi təqqdim edənlər var. 

Başqalarının statusunu köçürüb yazanlara sualım budur ki, bəs özü nə yazıb?

Mənim fikrimcə dolğun əsər yaza bilmək üçün insanın illərə, təcrübəyə ehtiyacı var. 35 yaşdan sonra insan sanballı əsər yaza bilər. Ona qədər nə yazsa, nə qədər gözəl yazsa fikirdə yarımçıqlıq olacaq”,- deyə yazıçı bildirib.

Murad

0