QİÇS xəstəsi ilə evlənmək olarmı? - Maraqlı sualın qəribə cavabı

SAĞLAMLIQ
19:56 / 10.06.2024
912

Son illər evlənməzdən öncə bəy və gəlindən sağlamlıq kağızı tələb olunur.

Bəs görəsən insanların qorxulu yuxusu hesab olunan QİÇS xəstəliyi zamanı övlad sahibi olmaq mümkündür?

Bu xəstəliyə tutulmuş adamlar ailə qura, cinsi həyat yaşaya bilirlərmi?

Hit.az-ın sualını cavablandıran androloq İkram Talıbov qeyd edib ki, əslində virusun adı HİV-dir, onun yaratdığı xəstəliyin adı isə QİÇS-dir. Kişilərdə və qadınlarda bu xəstəlik ayrı mənzərə yaradır:

“Artıq dünyada QİÇS sağaldıla bilməyən xəstəliklər siyahısından çıxarılıb, şəkərli diabet, hepatit B kimi xroniki xəstəliklər siyahısına daxil edilib. Belə xəstə ilə evlənmək olar, amma cinsi həyat qorunmalı şəkildə baş tutmalıdır. Əgər kişi xəstədirsə, övlad sahibi olmaq üçün mütləq süni mayalanmaya baş vurulmalıdır.Yəni, öncə müalicə olmalı, belə deyək, spermalar yuyulmalı və infeksiyadan təmizlənməlidir. Belə olanda nə anaya, nə körpəyə xəstəlik keçmir. Xəstəlik xanımdadırsa, hamiləlikdən öncə onun virus yükü aşağı salınmalıdır. Belə xəstələr öncə gündə 9 sayda dərman içirdilər. İndi düzdür dərmanların sayı azaldılıb. Hər bir halda belə xəstələr planlaşdırılmamış hamiləlikdən özlərini qorumalıdırlar”,- deyə o bildirib.

Murad

0