Yay aylarında balıq yeyilməlidirmi?

SAĞLAMLIQ
23:35 / 11.06.2024
1092

Deyilənə görə, yay aylarında balıq yemək məsləhət deyil. 

"R" hərfi olmayan aylarda balıq yemək olmaz. Bu, nə dərəcədə həqiqəti əks etdirir?

Qida üzrə baş mütəxəssis Ağa Salamov Hit.az-a açıqlamasında bu deyimin haradan qaynaqlandığını dilə gətirib. 

Onun sözlərinə görə, bu ayda bəzi balıqlar ovlanmamalıdır:

"Adında “r” hərfi olmayan aylarda balıq yeyilməz deyimi yalandır və heç bir elmi əsası yoxdur. Bu deyim balıqların kürü qoyması ilə əlaqədardır. İsti havalarda may, iyun ayında elə balıqlar var ki, onlara kürü qoyur və bu dövrdə onların ovlanması qadağan hesab olunur. Ona görə deyirlər ki, bu aylarda balıq yeməyin. Lakin sözügedən aylarda balıq yeyilərsə, heç bir zərəri, ziyanı olmaz. Lakin balıqların təzə olması və saxlanma şəraitinə diqqət etmək lazımdır. Mənşəyi məlum olarsa, mikrobioloji çirklənməyə məruz qalmayıbsa və düzgün qayda ilə bişirilibsə heç bir zərəri yoxdur”.

Sevinc

0