“Arıqlayıb 35 kiloqrama düşmüşdüm” - Səmra

MAQAZİN
20:10 / 12.06.2024
450

"Avropada bir moda dəfiləsinə qatılmalıydım. Ona görə sürətlə çəki verməliydim O qədər arıqladım ki, çəkim 35 kilo oldu. Boyum isə 170 santimetrdir. Ayağa dura bilmirdim. Anereksiya xəstəliyinə tutulmuşdum. Müalicə olundum”.

Bu fikirləri Hit.az-a model Səmra Hüseynova deyib:

"Fransada çəkilişim olmalıydı. Dedilər belin 50 santimetr olmalıdır. 6 ay ərzində tamamilə zəifləmişdim. İndi 45 kilo olmuşam” -deyən model bildirib ki, model ölçülərinə nail olmaq üçün boyun uzunluğundan 130 çıxmaq lazımdır:

“Məsələn boyum 170 santimetrdirsə ondan 130 çıxaq. Deməli çəki 40 olmalıdır. Model asılqan, gəzən ruh kimi görünməlidir”,- deyə o qeyd edib.

Murad

0