Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) 300 mindən çox hərbi qulluqçusu yüksək hazırlıq vəziyyətindədir.
HİT.az xəbər verir ki, bu barədə AFP-yə alyansın nümayəndəsi məlumat verib.
Yüksək hazırlıq statusu onu deməyə əsas verir ki, NATO komandirləri bu qüvvələri 30 gün ərzində yerləşdirə bilər.
O, vurğulayıb ki, bu, hazırlığın bu səviyyəsində mövcud olan qüvvələrdir.
İyunun 13-də günortadan sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Şimali Atlantika Alyansı çoxdan Rusiya ilə potensial silahlı toqquşmaya hazırlaşır.
Həmin gün məlum olub ki, bütün NATO dövlətlərinin daxil olduğu Ukrayna üzrə təmas qrupunun ölkələri Rusiyanın Ukraynada müharibəsi başlayandan bəri Kiyevə 98 milyard dollardan çox məbləğdə hərbi yardım köçürüb.
Bundan əlavə, Macarıstanın baş nazirinin aparat rəhbəri Qergeli Qulyas bəyan edib ki, NATO Ukraynada missiyaya başlayarsa və həmin qoşunlar hücuma məruz qalsa, Macarıstan NATO Müqaviləsinin 5-ci maddəsinə uyğun olaraq hərbi cavab tədbirlərində iştirak etməli olmayacaq.
Samir