“Mən hər proqrama çıxmaq, hər suala cavab vermək istəmirəm. Efirə çağırıb, ancaq duet ortağı kimi təqdim olunmaq da xoşuma gəlmir. Mən illərlə sənətim üçün zəhmət çəkmişəm. Bu barədə danışmayıb, şou xarakterli söhbətlər edəndə, məni şou obyektinə çevirəndə narazı qalıram”.
Bu fikirləri Hit.az-a, ekranlara az-az çıxsa da, unudulmayan müğənni Təranə Vəlizadə deyib.
Müğənni yeni mahnılar üzərində işlədiyini də bildirib:
“Studiyada bir neçə mahnım yazılmalıdır. Ona görə bu günlərdə səsimi qoruyuram, çox danışmaq və əsəbiləşmək istəmirəm”,- deyə o bildirib.
Murad