Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo" xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Binəqədi rayonundan keçən hissəsində qeydə alınıb.
İdarəetməni itirən "Toyota Prius" markalı minik avtomobili beton arakəsməyə çırpılıb. Nəticədə avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Sürücü və 4 sərnişini müxtəlif dərəcəli xəsarətlərlə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Xəsarət alan sərnişinlərdən 1997-ci il təvəllüdlü İlqar Murad oğlu Quliyevin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qəzada vəfat edən 27 yaşlı İlqarın fotosunu təqdim edirik: