Ukrayna serbləri Rusiyaya dəstək verməkdə ittiham edir

İDMAN
18:50 / 20.06.2024
464

Ukrayna Futbol Assosiasiyası 2024-cü il Avropa çempionatında serb azarkeşlərin rusları və Vladimir Putini dəstəkləməsi ilə bağlı bütün faktları toplamalı, bayraqları və şüarları göstərməli, sonra Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) göndərməlidir.

HİT.Az xəbər verir ki, bunu Ukraynanın tribuna.com saytının baş redaktor müavini Aleksandr Sajko bildirib.

"Partizan"ın "Dinamo" ilə oyundan əvvəl Rusiyaya turnirə gedəcəyini UEFA-ya xatırlatmaq da çox vacibdir. Orada hətta Ordunun Mərkəzi İdman klubu olan ÇSKA ilə oynayacaqlar. Bu, Rusiyanın hərəkətlərinə birbaşa dəstəkdir", deyə o, qeyd edib.

Sajko qeyd edib ki, hazırkı şəraitlə əlaqədar UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Kiyev “Dinamo”su ilə Belqradın “Partizan” komandaları arasında keçiriləcək matçı Serbiyadan neytral meydançaya keçirməlidir, çünki bu səfər Ukrayna komandası üçün təhlükəlidir.

Bu günlərdə Avropa çempionatı keçirilir. Serb azarkeşlər Rusiyaya dəstək olduqlarını bildirirlər, o cümlədən İngiltərə ilə oyundan əvvəl (0:1) Vladimir Putinin adını səsləndiriblər.

Samir

0