Xəbər verdiyimiz kimi, məşhur müğənni Alsu milyonçu həyat yoldaşı Yan Abramovdan boşanır.
Axşam.az-ın məlumatına görə, Alsu ilk dəfə məsələ ilə bağlı suallara münasibət bildirib.
Müğənni jurnalistlərin suallarını cavablayarkən bu mövzuda danışmaq istəmədiyini bildirsə də, hər şeyin qaydasında olduğunu qeyd edib:
"Hər şey yaxşıdır, şərh vermirəm, amma hər şey yolundadır".
Qeyd edək ki, Abramov Bakıda dünyaya gəlib. Alsu və Abramov 2005-ci ildə tanış olublar. Onlar 2006-cı ildə Moskvada evləniblər. Alsu və Yanın üç övladı var - Safina, Mikella və Rafael.
Abramovun 10 ildir ki, Alsunu aldatdığı iddia edilib. O, rus aparıcı-model Viktoriya Lopyreva və reper Timatinin keçmiş sevgilisi Anastasiya Reşetova ilə münasibətdə olduğun deyilir.