Laçın rayonunda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir.
İqtisadiyyat.az-ın xəbərinə görə, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti daha bir neçə kəndin bərpası ilə bağlı hazırlıqlara başlayıb.
Belə ki, Şəlvə və Pircahan kəndinin layihə-smeta sənədləri hazırlanacaq.
Bundan əlavə, şəhərdə 2-ci fazanın 1-ci mərhələsi üzrə və 2-ci fazanın 2-ci mərhələsi üzrə fərdi evlərin və az mərtəbəli çox mənzilli evlərin layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.
Dövlət Xidməti bütün hallarda layihə-smeta sənədlərinin hazırlanması işlərini FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərinşaatlayihə" Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutuna həvalə edib.
İnstitut layihə-smeta sənədlərini 3,7 milyon manata hazırlayacaq.