Şahruddin Türkiyə klubundan getdi

İDMAN
20:10 / 22.06.2024
615

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasından ayrılıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, 30 yaşlı qolkiper Superliqa təmsilçisi ilə müqaviləsini pozub.

Qeyd edək ki, futbolçu ötən ilin yayında “Qarabağ”dan Adana təmsilçisinə keçib. Ş. Məhəmmədəliyev bu komandanın heyətində 25 matçda 40 qol buraxıb.

0
Qafqazinfo