Başqasının yazışmasını ələ keçirməyin ağır cəzası var

ÖLKƏ
20:18 / 24.06.2024
347

Hit.az-a izləyici sualı var. Rəvanə Mehdiyeva soruşur ki, keçmiş əri hakerlərlə əlbir olub onun votsapp yazışmalarını ələ keçirib. Bu cinayət sayılır ya yox?

Ümumiyyətlə başqasının kompüter sisteminə daxil olmaq cinayətdir? 

Rəqəmsal texnologiyalar üzrə ekspert Vidadi Qarazadə bildirib ki, qaydaları pozanlar həbs oluna bilərlər:

“Nəzərə almaq lazımdır ki, şəxsin razılığı olmadan, onun və ailəsinin yazışmalarının, fotolarının görülməsi, yayılması 156-cı maddə ilə tənzimlənir və cinayət hesab olunur. Hətta boşanmasalar belə ər və ya arvad pul verərək, hər hansı şəxsi bu işə cəlb edərsə , təhrikçi hesab olunur. Bu əməl cinayət məcəlləsinin 156-cı maddəsinin 271 və 272-ci bəndləri ilə tənzimlənir. 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”,- deyə o əlavə edib.

Murad

0