Yeni mövsümün ilk günü, sentyabrın 1-də Opera Studiyasında Mahnı 24 / Ulduzların Hit Paradı keçirıləcək. Gecədə son 24 il ərzində ən çox dinlənilən mahnıların ifaçıları səhnəyə çıxacaqlar. Gecədə xalq artisti Flora Kərimova, əməkdar artistlər Mətanət İsgəndərli, Fərqanə Qasımova, müğənnilər Natavan Həbibi, Samira AliMaryam, Dilarə Kazımova, Fahree və İlkin Dövlətov, Çinarə Məlikzadə, Madteen və Rəssam və başqaları iştirak edəcəklər.
Gecənin rejissoru Nail Naiboğlu bildirib ki, layihədə 70 nəfərdən artıq insan çalışır. Mükafatlar Türkiyədə hazırlanır. Mükafatları sahiblərinə sevilən simalar təqdim edəcəklər. Gecə üçün xüsusi səhnə hazırlanır. Qırmızı xalıda məhşurlarla fotosessiya gecəyə gələn tamaşaçıların ürəyincə olacaq.
Biletlər İTİCKET.az saytlnda satılır.
Gecənin rəsmi təşkilatçısı Həftə içi Nəşriyyatı, informasiya dəstəyi ARB televiziyasıdır