Bu il meymunçiçəyinə neçə nəfər yoluxub? - ÜST açıqladı

SAĞLAMLIQ
19:56 / 25.06.2024
329

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Rosamund Lyuis Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib ki, 2024-cü ilin yanvarından bu yana dünyada 3,1 minə yaxın meymunçiçəyi xəstəliyi qeydə alınıb. 

HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Lyuis bildirib ki, qlobal meymunçiçəyi epidemiyası 2022-ci ilin may ayında bir neçə ölkədə başlayıb. Belə ki, 2022-ci il yanvarın 1-dən 2024-cü il aprelin 30-dək quruma meymunçiçəyi infeksiyası ilə bağlı 97 208, o cümlədən 186 ölüm hadisəsi barədə məlumat daxil olub. Hesabatlar ÜST-nin bütün altı regionunda 117 ölkədən daxil olub.

"Bu gün çiçək xəstəliyi ictimai sağlamlıq üçün təhlükə olaraq qalır, çünki vəziyyət inkişaf etməyə davam edir. İlin əvvəlindən indiyədək dünyada 3,1 mindən çox laboratoriya tərəfindən təsdiqlənmiş hal qeydə alınıb. Təkcə may ayında ÜST 26 ölkədən 600 təsdiqlənmiş yoluxma hadisəsi olduğunu bildirib", deyə ÜST nümayəndəsi bildirib.

Cənubi Afrika və Konqo Demokratik Respublikasında İİV-ə yoluxmuş xəstələr arasında meymunçiçəyi hallarının artdığı bildirilir.

Samir

0