Almaniyanın nəhəng avtomobil istehsalçısı "BMW" yeni "M5" modelini satışa çıxarılıb.
Hit.az xəbər verir ki, sözügedən avtomobil 717 at gücündədir.
Sadəcə elektriklə isə 194 at gücü hasil edə bilir. "M5" iki ədəd 4,4 litrlik turbo mühərrikə sahibdir. O, sıfırdan 100 kilometr sürətə cəmi 3-4 saniyədə çıxa bilir. Üstəlik, sözügedən model 40 kilometrə qədər sadəcə elektriklə çalışır.
"BMW M5"-in qiyməti isə 120 min 675 dollardan başlayır.
Pərviz