İzləyicimiz Səriyyə Məmmədova Hit.az-a sual ünvanlayıb.
O bildirib ki, 15 illik iş təcrübəsi var.
“İllərdir hər yay məzuniyyətə çıxıram. Amma hər dəfə maaşım fərqli hesablanır. Məzuniyyət pulunun necə hesablandığını anlaya bilmirəm. Pulu çox az verirlər”- deyə o bildirib.
Hit.az-a mövzu ilə bağlı açıqlama verən hüquqşünas Elvin Babayev bildirib ki, məzuniyyət dövründə əmək haqqının necə hesablanması Əmək Məcəlləsinin 177- ci maddəsi ilə tənzimlənir:
“Məzuniyyət pulu ödəniş aparılan aydan əvvəlki iki ayın orta əmək haqqına əsasən hesablanır. Məzuniyyət dövründə orta əmək haqqı hesablanan zaman işçinin son 12 ayda aldığı gəlirlər toplanıb, 12-ə bölünür, tapılan rəqəm də 30,4-ə bölünür. Alınan rəqəm işçinin bir gündə qazandığı məbləğdir. Həmin məbləğ məzuniyyət günlərinə vurulur və işçiyə həmin məbləğ verilir. Ortadakı istirahət günləri, bayram günləri çıxılanda isə məbləğ azalır”,- deyə o bildirib.
Murad