Gömrük əməkdaşları qəzaya düşdü - Ölən və yaralananlar var

HADİSƏ
10:11 / 01.07.2024
652

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Şabran rayonunun Dəvəçi kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

HİT.az FHN-ə istinadən xəbər verir ki, “Shacman” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub və 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

“Report”un məlumatına görə, qəzaya düşənlərin Gömrük Komitəsinin əməkdaşları olduğu bildirilir.

Hadisə nəticəsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Vəliyeva Pəri, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1984-cü il təvəllüdlü İlqar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəza zamanı aldığı xəsarətlərdən ölən 1994-cü il təvəllüdlü Əmirli Vahid Seymur oğlunun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır

0