Borca görə abonentin kommunal təminatı dayandırıla bilərmi?

İQTİSADİYYAT
21:26 / 01.07.2024
322

Çox zaman abonentlər borca görə işığın, suyun, qazın kəsilməsi ilə üzləşirlər. 

Borc az olsa belə, ödənişdən sonra kommunal təminatın bərpası bir neçə gündən sonra mümkün olur. 

Bu nə dərəcədə doğrudur?

Hit.az-ın mövzu ilə bağlı sualını cavablandıran hüquqşünas Elvin Babayev bildirib ki, kommunal təminat borca görə o zaman dayandırıla bilər ki, abonentin borcu işlətdiyi kommunal təminatın dəyərindən çox olsun. Məsələn, abonent  cari ayda 100 manatlıq qaz istehlak edib, 110 manat borcu varsa ,onun qaz təminatı dayandırıla bilər. Borc ödənildikdən dərhal sonra təminat bərpa edilməlidir”,- deyə hüquqşünas bildirib.

Murad

0