“A-92 və A-95 markalı avtomobil benzinlərinin ölkəmizdə istehsal olunması üçün müvafiq şərait var”.
Bu fiki Hit.az-a iqtisadçı ekspert Elşad Məmmədli deyib.
O bildirib ki, yerli istehsal üçün regional bazarların formalaşdırılmasına ehtiyac var:
“A-92 və A-95 markalı avtomobil benzinlərinin ölkəmizdə istehsal olunması bir sıra istiqamətlər üzrə qiymətlərin endirilməsinə səbəb ola bilər. A-92 və A-95 markalı avtomobil benzinlərinin ölkəmizdə istehsal olunması həm iqtisadi, həm də ekologiyanın təmizliyi baxımından əhəmiyyətlidir”.
Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunda Avro-5 standartına cavab verən Aİ-95 markalı avtomobil benzini istehsalına başlanılır.
Sevinc