"BMW"-nin yeni "X5" modeli nə üçün çox ağırdır?

AVTO
11:14 / 02.07.2024
1289

Almaniyanın nəhəng avtomobil istehsalçısı "BMW"-nin yenilənən "X5" modeli diqqət çəkməyə davam edir.

Hit.az bildirir ki, sözügedən modelin ağırlığı 2,435 kiloqramdır.

Bu isə "X5"-in sələfindən tam 500 kiloqram daha ağır olduğu deməkdir. Avtomobilin belə ağır olması isə hibrid sistemi ilə bağlıdır. Belə ki, avtomobilin hibrid sisteminin ümumi həcminin təxminən 400 kiloqram olduğu bildirilib. Bu, kifayət qədər böyük görünə bilər. Amma buna baxmayaraq, normal hibrid sistemləri də 150-200 kiloqram ağırlığında olur.

Qeyd edək ki, yeni "X5"-in belə ağır olması dünya üzrə sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri bu avtomobili bir çox modeldən təxminən 1 ton daha ağır olmasından gileyləniblər. Hətta onun pikap avtomobillərindən belə ağır olduğu ilə bağlı paylaşımlar edilib.

Şirkət isə yeni "X5" modelinin istənilən performansı göstərə bilməsi üçün bu ağırlıqda istehsal olunduğunu açıqlayıb. 

Pərviz

0