Ukraynanın keçmiş maliyyə naziri və general beynəlxalq axtarışa verildilər

DÜNYA
14:32 / 02.07.2024
232

Moskvanın Basmannı məhkəməsi Ukraynanın keçmiş maliyyə naziri Aleksandr Şlapak və çevik hərəkət qüvvələrinin komandanı, general İqor Dovqa barəsində həbs qərarı çıxarıb.

Bu barədə Moskva Şəhər Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Şlapak və Dovqan Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 356-cı maddəsinin (qadağan edilmiş döyüş vasitələrindən və üsullarından istifadə) 1-ci hissəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunurlar. Bu cinayəti törədən şəxsi 20 ilədək həbs cəzası gözləyir. Onlar beynəlxalq axtarışa veriliblər.

Məhkəmə həmçinin Ukraynanın keçmiş baş naziri Vladimir Qroysman və keçmiş xarici işlər naziri Pavel Klimkin barəsində də həbs-qətimkan tədbiri seçib.

0
oxu.az