Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır

DÜNYA
11:38 / 28.05.2020
1064

Səudiyyə Ərəbistanı hökuməti koronavirusa görə Məkkənin ziyarətinə tətbiq edilən qadağaları yumşaltmağa qərar verib.  

HİT.Az-ın xəbərinə görə, qadağalar 2 mərhələdə yumşaldılacaq.

Yumşaldılmanın birinci mərhələsi mayın 31-də başlayacaq. Həmin gündən Məkkəyə giriş-çıxışa və saat 06.00-dan 15.00-dək küçəyə çıxmağa icazə veriləcək.

İkinci mərhələ isə iyunun 21-də başlayacaq. Həmin tarixdən Məkkədə saat 06.00-dan 20.00-dək küçəyə çıxmağa icazə veriləcək. 

0