Evdə ideal səliqə xoşbəxtlik əlaməti deyil

MARAQLI
19:23 / 04.07.2024
1488

“Əgər sənin evin həddən artıq səliqəlidirsə, evdə bir fincanın belə yerindən tərpənməsi sənin xoşuna gəlmirsə, bu o deməkdir ki, xoşbəxt deyilsən. Çünki ideal səliqə sahmanı ancaq psixoloji cəhətdən narahat adamlar sevirlər”.

Bu fikirləri Hit.az-a psixoloq Vəfa Rzayeva səsləndirib.

“Ailə üzvlərinə həddən artıq təmiz, steril ortam lazım deyil. Bu onların xoşuna gəlmir və evdə özlərini rahat hiss eləmirlər. İdeal təmizlik xəstələri öz həyatlarını da, evlərində yaşayanların həyatını da cəhənnəmə çevirirlər. Bu hansısa bir travmadan qaynaqlanan psixoloji problemdir və həlli var”, deyə psixoloq bildirib.

Murad

1