"Aşıq Əhliman illərini Azərbaycanda aşıq sənətinin inkişafına, xalq yaradıcılığının təbliğinə həsr edib. Ömrü saza, sözə bağlı keçib. O Şirvan aşıq məktəbinin son mogikanı, ən layiqli davamçısıdır. Lakin hazırda xəstədir. Çox ağır bir xəstəliklə mübarizə aparır. İnsult keçirib, koronavirusa yoluxduqdan sonra nitq qabiliyyətini itirib. Bu çətin günlərində aşığı yad edən, dəstək olan hər kəsə minnətdarıq”.
Bu fikirləri Hit.az-a Aşıq Əhlimanın həyat yoldaşı Aybəniz xanım səsləndirib.
O bildirib ki, ailəsi Aşıq Əhlimanın fəxri ad almasını çox istəyərdi:
“O daim xalqın, elin içində olub. Ölkəmizi xaricdə layiqincə təmsil edib. Müxtəlif dövlət tədbirlərinin daimi iştirakçısı olub. Ümid edirik ki, sənətkarın adı bir gün Prezident mükafatçıları siyahısına salınar. Bu bizim üçün böyük fəxr olardı. Aşıq Əhliman professordur, fəlsəfə doktorudur, Əməkdar İncəsənət Xadimidir, çoxlu sayda kitabların, yüzlərlə şeir və mahnıların müəllifidir. Biz ölkə başçımızın xalq yaradıcılığına olan böyük diqqət və qayğısını görür və məmnun oluruq”,- deyə o qeyd edib.
Murad