Sevgilisinə görə övladından imtina edən “analar”

SOSİAL
22:00 / 04.07.2024
782

Uşaqları qorumaq, sevgi vermək hər bir valideynin borcudur.

Lakin bəzən valideyn məsuliyyətsizliyinin də şahidi oluruq.

Bir qism övlad sahibi olmaq arzusu ilə yaşadığı halda, kimlərsə doğma uşağından imtina edir.

Elə bu günlərdə Bakıda ana dörd uşağını parkda qoyaraq, sevgilisinə qoşulub gedib. 

Uşaqlar təxminən 14, 5, 4 yaş və ən kiçiyi 5-6 aylıqdır. Artıq küçəyə atılan uşaqların anası tapılıb.

Qeyd edək ki, zamanla bu kimi hadisələr yaşanıb. Ana sevdiyi şəxsə görə doğma balasını atır, ondan imtina edir.⅘

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, ana və ya atanın övladlarını atması insanlığa yaraşan hərəkət deyil:

“Bunu edən valideynlik adından, hüququndan məhrum edilməlidir. 4 uşağını parkda tək qoyub, sevgilisinə gedən ana o uşaqların taleyini, necə olacağını fikirləşməyib? Uşaq dünyaya gətirən valideynin borcudur ki, övladına sahib çıxsın. Övladını parkda, orda burda qoyub , kiməsə qaçacaqsa , o uşaqları niyə dünyaya gətirirdin? Bu kimi hadisələrin yaşanmasının səbəbi sosial şəbəkələrdir. Xüsusilə, TikTokda baş verən iyrənc davranışlar , insanların düşüncəsinə təsir edir”.

Sevinc
 

0